Tramp Çinə səfərə yola düşüb

12.05.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 12 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Çinə səfərə yola düşüb.

AZƏRTAC-ın məlumatına görə, onu səfər zamanı Dövlət katibi Marko Rubio, Müdafiə katibi Pit Heqset, Xəzinədarlıq katibi Skott Bessent və digər dövlət rəsmiləri müşayiət edirlər.

Prezident Tramp səfər zamanı Tayvan və Çinin İranla münasibətləri mövzularında danışıqlar aparacaq. 14 və 15 mayda Pekində o, Çin lideri Si Cinpinlə görüşəcək.

Bu, Trampın prezident kimi Çinə ikinci səfəri olacaq və sonuncu dəfə o, 2017-ci ildə Çinə səfər edib.

ABŞ-nin 16 böyük şirkətinin baş icraçı direktorları, o cümlədən “Tesla” şirkətinin rəhbəri İlon Mask və “Apple” şirkətinin rəhbəri Tim Kuk səfərdə Trampa qoşulacaqlar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью