Tramp: Çinin İrana silah verməsi bizi çox məyus edərdi

30.07.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Çinin Pakistan vasitəsilə İrana daşınan zenit-raket kompleksləri verməsi ilə bağlı məlumatların doğru olacağı təqdirdə Vaşinqtonun bundan ciddi narazı qalacağını bildirib.

APA xəbər verir ki, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, Çin Sədri Si Cinpin may ayında keçirilən görüşdə Pekinin İrana hərbi yardım göstərməyəcəyini ona şəxsən bildirib.

“Əgər bu baş versəydi, mən çox məyus olardım”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью