Tramp Çinin Panama kanalının idarəsinə qarşıdır KONKRET

09.01.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp Çinin Panama kanalını idarə etməsinə icazə verməyəcəyini bildirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, yeni prezident bunu Vaşinqtonda jurnalistlərlə söhbəti zamanı deyib. Trampdan həmçinin Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı sual ünvanlanıb. O, bu suala birbaşa cavab verməyib və iki gün əvvəl 7-də Qrenlandiyaya səfər edən  oğlu Donald Trampın səmimi qarşılandığını bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью