Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 15 sentyabr, AZƏRTAC
ABŞ və Çin arasında Avropada baş tutmuş ticarət üzrə danışıqlar çox yaxşı keçib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, danışıqlar tezliklə yekunlaşacaq: “Ölkəmizdə gənclərin xilas edilməsini istədikləri şirkət haqqında da razılıq əldə olundu. Onlar çox sevincəklər. Cümə günü prezident Si ilə danışacağam. Münasibətlərimiz güclü olaraq qalır”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton