Tramp Çinlə uzunmüddətli razılaşma vəd edir

01.11.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

xəbər verir ki, Vaşiqntondan Florida ştatındakı Palm-Biç şəhərinə uçuş zamanı Donald Tramp öz təyyarəsində jurnalistlərə “Çinlə sövdələşmə əla olacaq. Bu, uzunmüddətli olacaq” deyib.
Ağ Evin rəhbəri oktyabrın 30-da Cənubi Koreyada keçirilən APEC sammiti çərçivəsində Çinin sədri Si Cinpinqlə yaxşı anlaşdığını iddia edib: “Düşünürəm ki, onlarla uzun müddət gözəl münasibətimiz olacaq”.
Bloomberg: “Tramp risk etməyib” Onun sözlərinə görə, Amerikanın Çinə soya tədarükü məsələsi tezliklə ABŞ-nin aqrar sektorunun maraqlarına uyğun şəkildə həll ediləcək.
- Mən təklif edirəm ki, onlar daha böyük traktorlar və daha çox torpaq alsınlar”, - amerikalı fermerlərin işinə və onların Çinə ixracına toxunan ABŞ prezidenti bildirib.
Bununla belə, Trampla Çinin sədrinin Rusiya nefti məsələsinə toxunmadıqlarına diqqət çəkən bəzi ekspertlər bu görüşün gözlənilən nəticəni vermədiyini iddia edirlər.
Sahil İsgəndərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью