Tramp Çinlə yeni ticarət sazişinin bağlanmasını mümkün hesab edir

20.02.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinin Vaşinqtona səfərini gözləyir.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp səfərin dəqiq tarixini açıqlamasa da, ABŞ və Çinin yeni ticarət sazişi imzalayacağını mümkün hesab edib.

"Sədr Si Cinpinlə gözəl münasibətlərim var. COVID-19 pandemiyasına görə mürəkkəbləşən münasibətlərimiz ümumilikdə yaxşıdır", - o bildirib.

Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, ABŞ əvvəllər də Çinlə sərfəli ticarət sazişləri bağlayıb və "bu yenə də baş verə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью