Tramp Coca Cola ilə bağlı QƏRAR: ABŞ da içki belə istehsal olunacaq KONKRET

17.07.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Coca-Cola şirkəti ilə danışıqlar apararaq, ölkə daxilində satılan məhsulların tərkibinin dəyişdirilməsinə nail olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, bundan sonra ABŞ-da satışa çıxarılan Coca-Cola içkilərində əsl şəkər qamışı istifadə olunacaq.

“Mən Coca-Cola ilə ABŞ-da satılan kolada həqiqi şəkər qamışının istifadəsi barədə danışıqlar apardım və onlar razılaşdılar. Qərarın qəbulunda iştirak edən hər kəsə təşəkkürümü bildurirəm”.

Hazırda ABŞ-da Coca-Cola məhsullarının əksəriyyəti qarğıdalı siropu ilə istehsal olunur və bu da uzun illərdir sağlamlıqla bağlı mübahisələrin mövzusudur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью