Tramp Coca Cola nın reseptinin dəyişdirilməsinə nail oldu

17.07.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Tramp "Coca-Cola" şirkəti ilə danışıq apararaq ABŞ-də qazlı içkinin reseptini dəyişərək onun istehsalında qarğıdalı siropu əvəzinə təbii qamış şəkərinin istifadə edilməsinə nail ola bilib.

Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Mən "Coca-Cola" ilə qamış şəkərindən istifadə etmək barədə danışdım və onlar razılaşdılar. Qərarın qəbulunda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Bu onlar tərəfindən çox yaxşı qərardır. Görəcəksiniz, hər şey daha yaxşı olacaq", - deyə D.Tramp yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью