Tramp Colan təpələrini İsrailə verib: Cəmi 2 dəqiqədə

18.12.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Evdə keçirilən yəhudi bayramı HanukadA çıxış edən ABŞ Prezidenti Donald Tramp Suriyaya məxsus Colan təpələrini İsrailə verdiyini bəyan edib. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp çıxışında belə deyib: 

“Colan təpələri ilə bağlı bir çox insandan çox şey eşitdim. Əsasını Devid Fridmana soruşdum. "Devid, mənə Colan təpələrini beş dəqiqə və ya daha az müddətdə izah et",- dedim. İki dəqiqə sonra dedim ki, anlayıram, bura bir çox başqa səbəblərə görə sizə çox lazımdır, müdafiə üçün bu yer sizə gərəkdir. 

Yetərincə məlumat aldım və Colan təpələrini İsrailə verdim. Heç kim bunun mümkün olacağını düşünmürdü. 70 ildir buna çalışırdılar. Mən də onlara "Uğurlar" dedim”.

Tramp ”Daha sonra bölgənin trilyonlarla dollar dəyərinin fərqinə vardıqdan sonra bəlkə də əvəzində nəsə istəməli idim”,- deyə zarafat edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью