Tramp: Corablara valeh oldum VİDEO

13.03.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Corablarınıza valeh oldum”.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Martın 12-də Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martin və vitse-prezident C.D.Venslə birlikdə görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tramp qəfildən barmağını Vensin corablarına tuşlayıb.

Üzərində İrlandiyaya xas dördyarpaqlı yonca rəsmi olan corablara işarə edərək o deyib: “Corablarınıza valeh oldum. Diqqətimi cəmləməyə çox çalışdım, amma corablar diqqətimi yayındırdı".

ABŞ prezidentinin bu sözləri otaqdakı şəxslərin ümumi gülüşünü doğurub.

Dördyarpaqlı yonca xristian Üçlüyünün (Üç Üqnum) rəmzi olaraq, 5-ci əsr Müqəddəs Patrik vasitəsilə İrlandiyada kök salıb. Müqəddəs Patrik İrlandiyanı xristianlaşdıran şəxs hesab olunur.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью