Tramp: Çox güman ki, Macarıstanda görüş ikitərəfli olacaq | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton, 17 oktyabr, AZƏRTACMacarıstan görüşünün neçə tərəfli olacağını müəyyənləşdirmək lazımdır, amma bu, çox güman ki, ikitərəfli görüş olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı jurnalistlərin sualına cavabında deyib.
O bildirib ki, Prezident Zelenski ilə təmasda olacaq. “İki prezident arasında çox pis ədavət var. Çox çətin vəziyyətdir.
Bu iki lider bir-birini sevmir. Biz bunu hamı üçün rahat etmək istəyirik.
Beləliklə, bu və ya digər formada üç tərəf bu işə cəlb olunacaq, lakin bu, ayrı-ayrılıqda ola bilər”, - deyə Tramp qeyd edib.
Məlahət NəcəfovaAZƏRTAC-ın xüsusi müxbiriVaşinqton Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu