Tramp da Fransaya getdi

07.12.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Fransaya səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Fransaya səfər etməsinin səbəbi sabah Notr-Dam kilsəsinin açılış mərasimidir.

Qeyd edək ki, açılışa ABŞ-nin hazırkı Prezidenti Co Bayden dəvət olunsa da, o, bu mərasimdə iştirak etməyəcək. Baydenin əvəzinə ölkəsini həyat yoldaşı Cil Bayden təmsil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью