Tramp da tarixi razılaşmanı elan etdi

15.06.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranla razılaşma artıq tamamlandı. Hamını təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

“Bununla mən Hörmüz boğazının maneəsiz şəkildə açılmasına tam icazə verir və eyni zamanda ABŞ-ın hərbi-dəniz blokadasının dərhal ləğv olunmasını təsdiqləyirəm. Dünya ölkələrinin gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axmağa davam etsin”, - Tramp bildirib.

Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью