GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə keçirdiyi brifinq zamanı Somalinin ölkə olmadığını iddia edib.
Globalinfo.az xəbər verir ki, brifinqin səs yazısı Ağ Evin “YouTube” kanalında yayımlanıb.
Çıxışı zamanı Tramp cinayət törətməkdə şübhəli bilinərək saxlanılan qanunsuz immiqrantların fotoşəkillərini jurnalistlərə nümayiş etdirib.
O, Somalidən olan immiqrantları, eləcə də bu Şərqi Afrika dövlətini sərt tənqid edib. “Somali hətta ölkə də deyil.
Onların ölkəyə bənzər heç bir şeyi yoxdur. Əgər bunu ölkə adlandırmaq mümkündürsə, o zaman dünyanın ən pis ölkəsidir”, – deyə ABŞ Prezidenti
Trampın sözlərinə görə, somalililər ABŞ-a gəlir və işləmədən varlanırlar.
O, həmçinin Somali əsilli ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü İlhan Öməri tənqid edərək, ona görə 30 milyon dollar xərcləndiyini iddia edib.