Tramp daha bir milyarderə nazir postu verdi

16.11.2024

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp milyarder Duq Berqamı daxili işlər naziri vəzifəsinə irəli sürəcəyini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, Tramp ona təkcə nazir postunu deyil, eyni zamanda Milli Enerji Şurasının sədri vəzifəsini təklif edir.
“Şimali Dakota qubernatoru Duq Berqamın daxili işlər naziri və yeni yaradılmış və çox mühüm Milli Enerji Şurasının sədri kimi mənim administrasiyama qoşulacağını elan etməkdən məmnunam”, - Tramp deyib.
Bildirilir ki, yeni Milli Enerji Şurası bütün enerji mənbələrinin, xüsusilə də ənənəvi mənbələrin istehsalının artırılması istiqamətində dövlət idarələrinin işinə nəzarət edəcək.
Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью