Tramp daha bir ölkədə hakimiyyət dəyişikliyinə HAZIRLAŞIR

22.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp administrasiyası Kuba hökuməti daxilində onunla razılaşa biləcək şəxslər axtarışındadır.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Trampın planı 2026-cı ilin sonuna qədər mövcud rejimi devirməkdir.

Mayami və Vaşinqtonda Kuba immiqrantları və ictimai qruplarla görüşlərdə Tramp administrasiyasının nümayəndələrinin bu yöndə hərəkətləri müşahidə edilib.

Belə daxili agent vasitəsilə Venesuelanın prezidenti Nikolas Maduro tutulmuşdu və bu əməliyyat Tramp administrasiyasını “ruhlandırıb".

Trampın ətrafındakı şəxslər Kuba iqtisadiyyatını çökmək üzrə hesab edir və hökumətin heç vaxt indi olduğu qədər zəif olmadığını düşünürlər. 

Bununla belə Tramp administrasiyasında Kuba hökumətini devirmək üçün konkret plan yoxdur.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Amerikanın milli təhlükəsizliyi naminə Kuba səriştəli demokratik hökumət tərəfindən idarə olunmalı və düşmənlərin hərbi və kəşfiyyat xidmətlərinə ev sahibliyi etməməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью