Icma.az, Milli.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-nin nəzarətinə verməyə razılıq verdiyini düşünür.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Yeri gəlmişkən, Danimarka əla davrandı. Onlar Qrenlandiyanı bizə verdilər", - deyə o bildirib. Mitinq noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunub.
"Bu, daşınmaz əmlak sahəsində tarixin ən böyük sövdələşməsi kimi tarixə düşəcək. Bəlkə də Venesueladan sonra", - deyə Tramp sentyabr ayında özü, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin imzaladığı razılaşmadan danışarkən vurğulayıb. Həmin razılaşma Arktikada yerləşən adanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.
"Biz onları demək olar ki, havayı əldə etdik", - deyə Tramp Qrenlandiya və Venesueladan danışarkən əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)