Tramp danışıqlar başlamaq üçün Putin və Zelenskini belə şantaj edəcək... ŞƏRH | Icma.az
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu günlərdə Ukrayna prezidenti torpaqları qaytarmadan, Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması şərtilə münaqişənin qaynar fazasını dayandırmağa hazır olduqlarını bəyan edib.
Bu artıq danışıqlar masasına oturacağı deməkdirmi və müharibənin tezliklə sona çatmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı eskpert, Real partiyasının sədri Natiq Cəfərli bildirib ki, Zelenskinin hazırki durumda danışıqlar masasına oturması üçün ilk olaraq öz fərmanını ləğv etməlidir: "Zelenski fərman imzalamışdı ki, danışıqlar aparmaq qadağandır, gərək bu ləğv edilsin.
Hansı formatda danışıqların aparılması ilə bağlı olaraq da öz fikrini söyləməlidir.
Təssüf ki, hazırda Zelenskidən və Ukraynadan çox az şey aslıdır, daha çox ABŞ-nin mövqeyindən asılı olacaq ”.
Ekspert vurğulayır ki, danışıqlarda moderator rolunu Amerika oynasa, bu zaman hər şey Tramp administrasiyanın yanaşmasından aslı olacaq: "Böyük ehtimalla elə də olacaq, Zelenski anlayır ki, Tramp Administrasiyası daha çox anlaşmaya meyllidir.
Ona görədə ən azından danışıqlara start vermək üçün ilkin şərt və fikirlərini açıqlayır". N.
Tam oxu
Xəbəri oxu