Tramp danışıqlar gedən ərəfədə İranı vurmaqla hədələdi

21.06.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ Prezidenti Donald Tramp ölkəsinin nümayəndələri ilə İran nümayəndə heyəti arasında gedən qızğın danışıqlar zamanı yenidən qarşı tərəfi şiddətli zərbələrlə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth social” hesabında yazıb.
“İran Livandakı yüksək maaşlı nümayəndələrinin problem yaratmasının qarşısını dərhal almalıdır. Əgər onlar bunu etməsələr, İrana ötən həftə olduğu kimi, yenə də çox sərt zərbələr endirəcəyik. Bu dəfə daha sərt olacaq!” – Tramp bildirib.
Qeyd edək ki, atəşkəsə baxmayaraq, İsrail qüvvələri Livanın cənubuna zərbələr endirməyə davam edir və hərəkətlərini Hizbullah hərəkatına qarşı mübarizə ilə izah edir.
Xatırladaq ki, hazırda Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ arasında danışıqlar keçirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью