Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 5 oktyabr, AZƏRTAC
Danışıqlar nəticəsində İsrail onlara göstərdiyimiz və HƏMAS-la da paylaşdığımız ilkin geriçəkilmə xəttinə razılıq verib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb. Dövlət başçısı bildirib ki, HƏMAS da təsdiqlədiyi təqdirdə atəşkəs dərhal qüvvəyə minəcək, girov və məhbusların mübadiləsi başlayacaq.
“Daha sonra biz geriçəkilmənin növbəti mərhələsi üçün şərait yaradacağıq və bununla da 3 min illik fəlakətin sonu yaxınlaşacaq”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton