Tramp: Daşqın Vaşinqtondakı qolf meydançasını məhv edib

28.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın paytaxtı Vaşinqtonda fırtına nəticəsində Potomak çayının daşması Şərqi Potomak parkındakı qolf meydançasını yararsız vəziyyətə salıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, fırtına nəticəsində qolf meydançası, sahilboyu ərazi və oradan keçən yol su altında qalaraq dağılıb.

Tramp qolf meydançasının yenidən qurulmasına mane olmaqda ittiham etdiyi hakim Ana Reyesi də tənqid edib. ABŞ lideri hakimin siyasi motivlərlə hərəkət etdiyini iddia edib.

“Hazırda bu qolf meydançası təhlükə yaradır və istifadəyə yararsızdır. Daxili İşlər Nazirliyi meydançanı bağlayıb və hakimdən layihənin həyata keçirilməsinə dərhal icazə verməsini istəyir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti administrasiyanın qolf meydançasının yenidən qurulmasına icazə almaq üçün apellyasiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью