Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Davosda Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sazişi imzalamayıb. Bu durum Ukrayna Prezidenti Vladimir Zelenski üçün ciddi siyasi geriləmə kimi qiymətləndirilir.
Doğru.az xəbər verir ki, ABŞ və Ukrayna tərəfləri razılaşmaya yaxın olduqlarını bildirsələr də, Davos görüşü konkret sənədin imzalanması olmadan başa çatıb.
Məqalədə qeyd olunur ki, bu addım Donald Trampın ABŞ üçün uzunmüddətli öhdəliklər yarada biləcək istənilən təşəbbüsdən uzaq durmaq siyasəti ilə üst-üstə düşür.
Nəşrin müəllifinin fikrincə, Zelenski üçün Davosdakı görüşün nəticəsi “siyasi hara-kiri”yə bərabərdir. Bildirilir ki, gözləntilərin yüksək olmasına baxmayaraq, real nəticənin olmaması Ukrayna liderinin mövqeyini zəiflədib.
Eyni zamanda Avropa mühafizəkar dairələri Zelenskinin Davosda çıxışı zamanı Avropa İttifaqına qarşı hörmətsiz mövqe nümayiş etdirdiyini və Aİ-ni dolayısı ilə təhqir etdiyini vurğulayıblar.
DOĞRU.AZ