Tramp daxili işlər naziri vəzifəsinə namizədini açıqladı

16.11.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder Duq Berqumu daxili işlər naziri vəzifəsinə, eləcə də ABŞ Milli Enerji Şurasının rəhbəri vəzifəsinə təyin edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, Trampın sözlərini “Reuters” yayıb.

“Şimali Dakota qubernatoru Duq Berqumun daxili işlər naziri və yeni yaradılmış, çox mühüm Milli Enerji Şurasının sədri kimi administrasiyama qoşulacağını elan etməkdən məmnunam”, - deyə Tramp bildirib.

İddia olunur ki, şura bütün enerji mənbələrinin, ilk növbədə ənənəvi olanların istehsalının artırılmasına nəzarət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью