Tramp DÇ 2026 nın ABŞ a qazandırdığı məbləği açıqladı

06.09.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tramp DÇ-2026-nın ABŞ-a qazandırdığı məbləği açıqladı

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərdiyini bildirib.

QOL.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında mundialın ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini və 160 mindən artıq iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib.

“Amerika turizmi üçün necə də inanılmaz yay oldu. Amerikalılar təxminən 300 milyard mil məsafə qət etdilər, milli parklarımız 78 milyon ziyarətçi qəbul etdi, milyonlarla insan isə hava nəqliyyatından istifadə etdi.

Təkcə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox vəsait gətirdi və 160 mindən artıq iş yerinin yaradılmasına imkan verdi. Səyahət və turizm iş yerləri, investisiyalar və Amerika şirkətlərinə, eləcə də yerli icmalara daxil olan milyardlarla dollar deməkdir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, ölkədə bürokratik maneələrin aradan qaldırılması, hava nəqliyyatı sisteminin yenilənməsi, ABŞ-a səfərin və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması istiqamətində işlər görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью