Tramp DÇ 2026 nın Final oyununu stadiondan İZLƏYƏCƏK

16.07.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının final oyununu stadiondan izləyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.
Onun sözlərinə görə, Tramp cümə günü Nyu-Yorkda Manhettendə yerləşən "Trump Tower"də FIFA-nın şərəfinə təşkil olunacaq qəbulda iştirak edəcək.
Levitt bildirib ki, prezident daha sonra iyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək dünya çempionatının final oyununu stadiondan izləyəcək. Həlledici görüşdə İspaniya və Argentina yığmaları qarşılaşacaq.
Qeyd edək ki, Trampın final matçından sonra dünya çempionatının kubokunu qalib komandaya təqdim edəcəyi gözlənilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью