Tramp: Dəhşətlidir, hər həftə minlərlə gənc ölür

07.04.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqların davam etdiyini bildirib.
Reyting.az
-ın xəbərinə görə, prezident Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verərkən hər iki tərəfi müharibəni mümkün qədər tez bitirməyə çağırıb.
“Biz Rusiya ilə danışırıq. Bombardmandan xoşum gəlmir, bombalama davam edir və hər həftə minlərlə gənc ölür. Biz bunun dayanmasını görmək istərdik”, - ABŞ prezidenti əlavə edib.
Tramp həmçinin bir daha təkrar edib ki, əgər o, əvvəllər ABŞ prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsinə imkan verməzdi.
“Bu, dəhşətlidir və bu, heç vaxt baş verməməli idi. Mən prezident olsaydım, bu,100 faiz heç vaxt baş verməzdi”, - Amerika lideri əmin edib.
Qeyd edək ki, “Politico” nəşri Trampın yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə danışacağını yazıb. Bununla belə, bu söhbətin gerçəkləşəcəyinə heç bir zəmanət yoxdur.
E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью