Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı söhbətdən danışaraq, bu görüşdə İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi texnologiyasının müzakirə edildiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Bibiyə (Netanyahunu nəzərdə tutur – red.) dedim, “Dəmir Qübbə” ilə bağlı bütün uğurları öz adına çıxma, bu bizim texnologiyamızdır”, — deyə Tramp vurğulayıb.
Tramp həmçinin Qəzza sektorundakı münaqişənin başa çatdırılması ilə bağlı baxışlarını bölüşüb. Onun sözlərinə görə, təklif olunan plan beynəlxalq səviyyədə ciddi dəstək qazanıb.
Bizim.Media