Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə qalib gələn Demokratlar Partiyasına müraciət edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp bu barədə “Truth Social” şəbəkəsində paylaşım edib:
“Demokratları təbrik edirəm və ölkəmizin rifahı naminə sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Mən bir çox demokratı tanıyıram: mənim mütləq veto hüququm var və əminəm ki, hər məsələdə razılığa gələ biləcəyik. Düşünürəm ki, onlar mənimlə işləmək istəyəcəklər. Əks halda, mən sadəcə hər şeyə veto qoyacam. Onlar isə bunu istəməzlər. Bir çox respublikaçı seçkilərdə məğlub olub. Çünki mənim öz adım seçki bülletenində olmayıb.
Hesab edirəm ki, adım bülletendə olmadığına görə və bu məsələdə heç nə etmək mümkün deyildi, əgər mən namizəd olsaydım, biz qalib gələrdik”, - deyə ABŞ Prezidenti qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin