Tramp Demokratları hədələdi Polis etirazların yatırılmasına kömək etməyəcək

01.02.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ-da federal hüquq-mühafizə orqanları Demokrat Partiyasının idarə etdiyi şəhərlərdə hakimiyyət əleyhinə kütləvi etirazlar və iğtişaşlarla mübarizədə yardım göstərməyi dayandıracaq”.

Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Daxili təhlükəsizlik naziri Kristi Noemə göstəriş verdim ki, onlar bizdən yardım istəməyənə qədər və ya istəmədikləri halda, heç bir şəraitdə zəif idarə olunan şəhərlərdə etirazlar və ya iğtişaşlarla bağlı hüquq-mühafizə əməliyyatlarında iştirak etməyəcək”, – Tramp öz “Truth” hesabında yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью