Tramp dərhal Baydenin 94 sərəncamını ləğv edəcək

12.11.2024

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra ilk həftədə Co Baydenin sərəncamlarını ləğv edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Trampın prezidentlik kampaniyasının mətbuat katibi Karolina Levitt “Foks Nyus”a müsahibəsində deyib.

“Birinci Tramp administrasiyasının effektiv siyasət yolunu pozmaq üçün Bayden və Kamala Harris tərəfindən imzalanan bütün icra sərəncamları ləğv ediləcək”, - o bildirib.

Söhbət Ağ Evin hazırkı rəhbərinin imzaladığı 94 sənəddən gedir. Levittin fikrincə, bu fərmanlar “miqrasiya və iqtisadi böhran”a səbəb olub.

O əlavə edib ki, Tramp işə başladığı ilk günlərdə onlarla yeni sərəncam imzalayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью