Tramp dərhal Putinlə görüşməyə hazır olduğunu bildirib Doğru Xəbərlər

24.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putinlə dərhal görüşməyə hazır olduğunu açıqlayıb.

Cümə axşamı Oval kabinetdə jurnalistlərə açıqlama verən Tramp Rusiyanın “sövdələşmə etmək istədiyinə” inandığını bildirib. O, Putinin onunla görüşə hazır olduğuna dair siqnallar aldığını da bildirib.

“…Və bacardıqca tez görüşəcəyik. Mən dərhal görüşməyə hazıram”, – RİA Novosti Trampdan sitat gətirir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью