Tramp dərhal Zelenskinin istefasını istəyəcək İDDİA

16.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Yenidən ABŞ prezidenti seçilən Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin istefasını istəyəcək. Bu, tezliklə baş verəcək.

Bakupost.az xəbər verir ki, bunu Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.

Onun sözlərinə görə, indi vəziyyət heç də “vaxtı keçmiş” Ukrayna prezidentinin xeyrinə deyil:

"Ən azı ona görə ki, münaqişənin digər tərəfləri aydın şəkildə danışıqların zəruri olduğu qənaətinə gəliblər. Zelenski isə Rusiyanı “məğlub etmək” kimi absurd istəyinə görə belə planlardan kənardadır".


Zaur, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью