Tramp dərman şirkətlərindən istehsalı ABŞ a köçürməyi tələb edib

22.02.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp dərman istehsalçılarına gələcək rüsumlarla bağlı xəbərdarlıq edib. O həmçinin bildirib ki, əgər şirkətlər rüsumlarla üzləşmək istəmirlərsə, istehsalı ABŞ-a köçürmələrini sürətləndirməli olacaqlar.

APA xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, cümə axşamı baş tutan görüşdə şirkət rəhbərləri, o cümlədən “Eli Lilly & Co” şirkətinin baş icraçı direktoru Devid Riks, “Merck & Co” şirkətinin baş direktoru Robert Davis və “Pfizer Inc”in baş direktoru Albert Burlu da iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью