Tramp dəstəkçilərinə mühüm vəzifə verdi

16.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı kommunikasiyalar üzrə direktor vəzifəsində çalışmış Stiven Çunqu Ağ Evin kommunikasiya direktoru təyin edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bundan başqa Serxio Qorun prezidentin kadrlar departamentinin direktoru vəzifəsini tutacağı da açıqlanıb.

“Stiven Çunq və Serxio Qor 2016-cı ildə ilk prezidentlik kampaniyam zamanı etibarlı məsləhətçilər olub və “Öncə Amerika” prinsiplərini dəstəkləməyə davam ediblər”, - Trampın bəyanatında deyilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью