Tramp: Digər NATO ölkələri ABŞ qədər vəsait ayırmır

02.07.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp NATO-nun maliyyələşdirilməsində ən böyük yükün Vaşinqtonun üzərinə düşdüyünü bildirib.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

O, ABŞ-nin alyansın təhlükəsizliyinin təmin olunması üçün digər üzv ölkələrlə müqayisədə xeyli çox vəsait ayırdığını vurğulayıb.

"ABŞ NATO-nun müdafiəsi üçün hamıdan daha çox pul xərcləyir, lakin bunun müqabilində heç bir fayda əldə etmir. 2014-2015-ci illərdə ABŞ bu məqsədlə 999 milyard dollar ayırıb. Bu göstərici Böyük Britaniyada 90,5 milyard, Fransada 66,5 milyard, İtaliyada 48,8 milyard, Polşada isə 44,3 milyard dollar olub. Digər ölkələr, o cümlədən Almaniya bundan dəfələrlə az vəsait xərcləyib. Bu, qəbuledilməzdir", – deyə Tramp qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью