Tramp dörd həftə ərzində Si Cinpinlə görüşəcəyini deyib

02.10.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp yaxın dörd həftə ərzində Çin lideri Si Cinpinlə görüşəcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında məlumat paylaşıb: “Dörd həftədən sonra mən Çin prezidenti Si Cinpinlə görüşəcəyəm”.

Onun sözlərinə görə, müzakirələrin əsas mövzularından biri Amerika soyasının Çinə ixracı olacaq.

Qeyd edək ki, “South China Morning Post” qəzetinin məlumatına görə, Trampın Çinə planlaşdırdığı səfərdən sonra Si Cinpinin 2026-cı ildə ABŞ-a səfəri də mümkün ola bilər.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью