Tramp dostdursa, Əliyev dostların şahıdır Türkiyəli jurnalist

05.11.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli jurnalist Cabbar Şıktaş Azərbaycanın xarici siyasətinə yönələn tənqidlərə münasibət bildirib. O yazıb ki, Ankara öz milli maraqlarına uyğun olaraq Vaşinqtonla əlaqələrini davam etdirdiyi kimi, Bakı da digər ölkələrlə münasibətlərini öz maraqları əsasında qurur.

Modern.az xəbər verir ki, Şıktaş Türkiyə ilə ABŞ arasında Fələstin məsələsində ciddi fikir ayrılıqlarına baxmayaraq, Rəcəb Tayyib Ərdoğanla Donald Trampın yaxın münasibətlərini davam etdirdiyini xatırladıb. Jurnalist Ankaranın bu siyasətinə göstərilən anlayışın Bakının xarici siyasətinə də göstərilməli olduğunu vurğulayıb.

Müəllif Azərbaycanın Türkiyəyə dəstəyindən danışarkən 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə işlərinə qatıldığını, Azərbaycan xalqının yardım kampaniyasına qoşulduğunu və Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşasına dəstək verildiyini qeyd edib.

Şıktaş iki ölkə arasındakı müttəfiqliyin konkret nümunələri kimi Şuşa Bəyannaməsini və TANAP layihəsini göstərib. O, Bakı ilə Ankaranın təhlükə və ya hücum qarşısında məsləhətləşmək və bir-birinə yardım göstərmək öhdəliyi götürdüyünü, Azərbaycan qazının isə TANAP vasitəsilə Türkiyəyə və oradan Avropaya çatdırıldığını yazıb.

Jurnalist Prezident İlham Əliyevin Kipr türklərinə dəstəyinə də toxunub. O, Azərbaycan Prezidentinin Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasına dəstək verdiyini, tam üzvlüyünü müdafiə etdiyini və Kipr türk liderini Şuşadakı zirvə görüşünə dəvət etdiyini xatırladıb.

Azərbaycanı və Pakistanı Türkiyənin ən yaxın dostları adlandıran Şıktaşın fikrincə, Ankara ilə Bakı arasındakı münasibətlərin zəifləməsi İsrail hökumətinin maraqlarına uyğun olardı. Müəllif Türkiyənin Fələstin məsələsində mövqeyini qorumaqla yanaşı, Azərbaycanla qardaşlıq əlaqələrini də möhkəmləndirməli olduğunu bildirib.

Şıktaş yazısını bu sözlərlə yekunlaşdırıb.

“Tramp dostdursa, Əliyev dostların şahıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью