Tramp dövrü bitir: Zəngəzur dəhlizinin adı dəyişəcək Danielyan

01.04.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“NATO, Avropa Şurası, ATƏT, BMT və Soyuq müharibədən miras qalmış digər təşkilatlar artıq fəaliyyət göstərmir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampdan sonra “klounlar dövrü” başa çatacaq.

“Artıq daha balanslı dövlət xadimlərinin dövrü başlayır. “Tramp” nüfuzdan düşmüş brenddir, “Trampın yolu” da (Zəngəzur dəhlizi-red.) eyni şəkildə.

Əgər ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Di Vens növbəti prezident olarsa, TRIPP BRIPP adlandırılacaq, əgər dövlət katibi Marko Rubio olarsa – RRIPP, əgər İran qalib gələrsə, artıq Xameneinin (əvvəlki ali dini lider Əli Xamenei) adı ilə – KRIPP adlandırılacaq”, – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, BRIPP, RRIPP, KRIPP kimi ifadələr rəsmi termin deyil, politoloqun özünün yaratdığı şərti, simvolik abbreviaturalardır.

Stepan Danielyan bildirmək istəyir ki, ABŞ-da kimin Prezident olmasından asılı olmayaraq, TRIPP kimi layihələr mahiyyətcə dəyişməyəcək, sadəcə yeni liderin adı ilə başqa format və ad altında davam edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью