“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər” | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Donald Tramp administrasiyası dövründə qlobal təhlükəsizlik mühiti son dərəcə qeyri-sabit və proqnozlaşdırılması çətin mərhələyə daxil olub”.
Bunu politoloq Vaqif Hüseyn Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcı gəmisinin Yaxın Şərqə göndərilməsi gözlənilməz qərar deyil və Tramp hakimiyyətinin güc üzərindən siyasət yürütməsinin açıq göstəricisidir: “Bu addım bölgədə gərginliyin daha da artmasına xidmət edir.
Bu məsələ birbaşa İran daxilində hadisələrin inkişafından asılıdır.
Hazırda İranda mərkəzi hakimiyyət və mövcud rejim kifayət qədər güclü görünür.
Belə bir şəraitdə ABŞ-ın açıq hərbi müdaxiləyə gedib-getməyəcəyi hələ də qeyri-müəyyəndir.
Lakin Tramp iqtidarının hətta NATO-dakı müttəfiqlərinə qarşı – Qrenlandiya məsələsində olduğu kimi – ərazi iddiaları irəli sürməsi onu göstərir ki, hərbi ssenarini tam istisna etmək olmaz”.
Tam oxu
Xəbəri oxu