Tramp dünyada bircə o liderlə danışa bilmir Vens

05.02.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İran rejimi Venesueladakından mürəkkəbdir. Burada məsələ bir şəxsin dəyişdirilməsi ilə həll olunmur, çünki hakimiyyət strukturu çoxşaxəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.

Vurğulayıb ki, İranla diplomatiyanın əsas əngəli real hakimiyyətin Ali rəhbər Xameneinin əlində olmasıdır və 0, birbaşa danışıqlar aparmır.

Vensin sözlərinə görə, Tramp Rusiya, Çin və ya Şimali Koreya liderləri ilə birbaşa ünsiyyət qura bilir, lakin İranla danışıqlar alınmır.

Vitse-prezident əlavə edib ki, İran xalqı tərəfindən rejimin güc yolu ilə dəyişdirilməsi və ABŞ-a dost hökumətin formalaşdırılması müsbət hadisə olar.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью