Tramp: “Dünyada Putini dayandıra biləcək yeganə adam mənəm”

23.03.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsinin göyərtəsində “Outkick” portalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin haqqında danışıb.

“Cebheinfo.az” xəbər verir ki, Tramp rusiyalı həmkarını “çox yaxşı” tanıdığını deyib.

“Təəccüblüdür ki, “Rusiya, Rusiya, Rusiya” saxtakarlığı ilə bağlı heç bir ciddi toqquşmamız olmayıb”, - ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstan və Krımda hərbi əməliyyatları prezidentlər Corc Buşla Barak Obamanın dövründə baş verib:

“Ukraynada müharibə isə Co Bayden ABŞ-də hakimiyyətdə olanda başlayıb. Dünyada məndən başqa Putini dayandıra biləcək  kiminsə olduğunu düşünmürəm. Düşünürəm ki, mən onu dayandıra bilərəm. Çox rasional müzakirələr apardıq və mən sadəcə insanların ölməməsini istəyirəm. Onlar-  ruslar və ukraynalılar həftədə 2500 azyaşlı uşağı itirirlər”.

Xəzər
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью