Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ lideri Donald Tramp dünyanı heyrətə salmaqda davam edir.
Çin mallarına 53% gömrük vergisi, Azərbaycandan gedən mallara isə 10% — hər ölkəyə fərqli yanaşma. Bu siyasətə proteksionizm deyilir.
Bəs nədir proteksionizm?
Proteksionizm — dövlətin yerli istehsalçıları qorumaq üçün xarici mallara əlavə vergi və məhdudiyyətlər tətbiq etməsidir.
Məqsəd: xaricdən gələn malları bahalaşdırmaq və insanları yerli məhsul almağa yönəltmək.
Bu siyasətin müsbət tərəfləri var:
Yerli istehsal güclənir
İş yerləri yarana bilər
Ölkənin iqtisadi müstəqilliyi artar
Amma mənfi tərəfləri də az deyil:
Mallar bahalaşır
Xarici ölkələr cavab verir: ticarət müharibələri başlayır
İstehlakçı keyfiyyətli və ucuz məhsuldan məhrum olur
Dünya sürətlə qloballaşır. Proteksionizm isə əks istiqamətdə gedir. Sizcə, bu yol davamlıdırmı?
Rəfael Eminov, tarixçi