Oxu.az saytına istinadən Icma.az xəbər verir. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ona qarşı məhkəmə işinə rəhbərlik edən xüsusi pr
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) nəşri öz mənbələrinə istinadən məlumat verib.
Mənbələrin bildirdiyinə görə, onlarla hüquqşünas, Federal Təhqiqatlar Bürosu və Ədliyyə Departamentinin əməkdaşları işdən çıxarılacaqlar ki, onlara qarşı, adətən, bu cür siyasi tədbirlər tətbiq olunmur.
Trampın onları nə qədər tez zamanda işdən çıxara biləcəyi bəlli deyil.
Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp, həmçinin, Ədliyyə Nazirliyində təhqiqat qrupları yaratmağı da planlaşdırır.
Bu qruplar 2020-ci il prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına dair sübutların axtarışı ilə məşğul olacaqlar.
Nəşrin qeyd etdiyi kimi, ştatların prokurorlarının iştirakı ilə belə qrupların yaradılması ideyası o qədər də yaxşı işlənməyib və Trampın tez-tez bəyan etdiyi Ədliyyə Nazirliyinin özündə asayişi bərpa etmək istəyindən fərqli olaraq, "siyahının başında gəlmir".
Xatırladaq ki, xüsusi prokuror Cek Smit 2023-cü ilin avqustunda Trampa qarşı dörd maddə üzrə ittiham irəli sürüb.