Tramp düşmənlərindən qisas almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir? | Icma.az
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tramp "düşmən"lərindən qisas almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir?
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ona qarşı məhkəmə işinə rəhbərlik edən xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) nəşri öz mənbələrinə istinadən məlumat verib.
Mənbələrin bildirdiyinə görə, onlarla hüquqşünas, Federal Təhqiqatlar Bürosu və Ədliyyə Departamentinin əməkdaşları işdən çıxarılacaqlar ki, onlara qarşı, adətən, bu cür siyasi tədbirlər tətbiq olunmur.
Trampın onları nə qədər tez zamanda işdən çıxara biləcəyi bəlli deyil.
Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp, həmçinin, Ədliyyə Nazirliyində təhqiqat qrupları yaratmağı da planlaşdırır.
Bu qruplar 2020-ci il prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına dair sübutların axtarışı ilə məşğul olacaqlar.
Tam oxu
Xəbəri oxu