Tramp: Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır

14.07.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə açıq şəkildə Rusiya Prezidenti Vladimir Putindən məyusluğunu dilə gətirərək onun sözlərinin heç bir əhəmiyyət daşımadığını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Endryus aviabazasında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin Ukraynadakı müharibənin nizamlanması ilə bağlı hərəkətləri məyusedicidir.

“Mən Prezident Putindən çox məyusam. Düşünürdüm ki, o, sözünün üstündə duran adamdır, lakin o hamını bombalayır”, - Tramp deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью