Tramp: Düyü almasanız, müqavilə bağlanmayacaq!

01.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Tokionun Amerika düyüsünü almaqdan imtinası səbəbindən ABŞ Yaponiya ilə ayrıca ticarət sazişi bağlamayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə ticarət sahəsində qarşılıqlı əlaqələri şərh edərkən deyib.

“Sadəcə onlara məktub göndərəcəyik. Və biz uzun illər onlarla ticarət tərəfdaşı kimi işləməyi səbirsizliklə gözləyirik”, - o bildirib.

Tramp hesab edir ki, Tokionun davranışı ölkələrin ABŞ-a münasibətdə necə ərköyünləşdiyini göstərir. O, Yaponiyada böyük qıtlığa baxmayaraq, ABŞ-dan düyü almaqdan imtinasını nəzərdə tutduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью