Tramp ədliyyə naziri və baş prokuror vəzifəsinə namizədini açıqladı

14.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp ədliyyə naziri və baş prokuror vəzifələrinə konqresmen Mett Getsin namizədliyini irəli sürdüyünü açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə siyasətçinin bəyanatında bildirilir.

"Konqresmen Mett Getsin ABŞ-ın baş prokuroru vəzifəsinə namizəd göstərildiyini elan etməkdən şərəf duyuram.", - deyə bəyanatda deyilir.

Bundan əvvəl məlum olub ki, Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif edib.

Siyasətçi onu sərt və ağıllı adlandırıb və həmçinin qeyd edib ki, Heqset ABŞ-ın birinci yerdə olmasına inanır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью