Tramp Əfqanıstandakı Baqram aviabazasında ABŞ ın mövcudluğunu bərpa etmək istəyir

18.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı Baqram aviabazasında ABŞ-ın mövcudluğunu bərpa etmək istədiyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Birləşmiş Krallıqda Baş nazir Kir Starmerlə birgə mətbuat konfransında deyib. “Biz onu geri almağa çalışırıq”,- deyə Tramp bildirib.

O, ABŞ-ın Əfqanıstandan çıxarılmasına görə Prezident Co Baydeni tənqid edərək onun dövründə baş qaldırmış müharibələri həll etməyin çətinliyindən təəssüfləndiyini deyib.

Prezident bildirib ki, ABŞ-ın Baqramdakı mövcudluğu onun ən mühüm iqtisadi və hərbi rəqibi olan Çinə yaxınlığı səbəbindən çox dəyərlidir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью