Tramp: Əgər İran tələblərə əməl etməsə, hərbi hücum olacaq

10.04.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nüvə danışıqları uğursuz olarsa, İsrail ABŞ-la İrana qarşı hərbi hücuma “rəhbərlik edəcək”.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuatın suallarını cavablandırarkən deyib.

Nüvə sazişi ilə razılaşmasa, İrana qarşı hərbi güc tətbiq edib-etməyəcəyi sualına Tramp: “Hərbi güc tələb edərsə, hərbi güc tətbiq edəcəyik”, - deyə cavab verib.

"İsrail açıq-aydın bu işdə çox iştirak edəcək - o, bu işdə lider olacaq", - deyə, o, ilk dəfə olaraq İsrailin İrana hücumu ilə hədələyib. Tramp yəhudi dövləti tərəfindən həyata keçirilən hücumu açıq şəkildə təhdid etdiyini söyləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью