Tramp elan etdi: Onlar yaxın vaxtlarda azad olunacaqlar

15.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar", - deyə paylaşımda qeyd olunub.

Qeyd eədk ki, bundan əvvəl KİV-lər Qəzza zolağında atəşkəs razılaşması əldə olunduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью